Prezidentin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub.
Crossmedia.az xəbər verir ki, paylaşımda qeyd olunur:
"Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, "Dəmir yumruq" yerindədir və yerində olacaq".
20:48 11.07.2026
Oxunuş sayı: 58