Qaradağ sakinlərinə şad xəbər: Nəqliyyat problemi həllini tapır
Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir. Rayonun üç müxtəlif avtomobil yolu sahəsində yeni körpülərin tikintisi aparılır. Layihələrin tamamlanması həm nəqliyyatın hərəkətini daha təhlükəsiz edəcək, həm də bölgədə nəqliyyat axınının rahat təşkilinə imkan yaradacaq.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Qaradağ rayonunda həyata keçirilən yeni körpü layihələri nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə verəcək:
"Bu yeni layihələrin icrası Qaradağın digər hissələri ilə nəqliyyat əlaqələrinin daha da güclənməsini təmin edəcək. Bu, həm sakinlərin gündəlik hərəkətini asanlaşdıracaq, həm də yük daşımalarının daha səmərəli təşkilinə imkan yaradacaq.
Yeni körpülər alternativ hərəkət istiqamətləri formalaşdıracaq, nəqliyyat axınının daha fasiləsiz təşkilinə şərait yaradacaq. Bunun nəticəsində yol sıxlığı azalacaq, sürücülərin vaxt itkisi minimuma enəcək və ümumilikdə yol hərəkətinin səmərəliliyi artacaq”.
Nigar Xəlilli
16:00 11.07.2026
Oxunuş sayı: 60