Sürücü ürəktutmadan vəfat etdi: Maşın gölə düşdü
Bu gün Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü Rafiq Paşa oğlu Kərimov idarə etdiyi "Opel Astra Zafira" markalı avtomobildə qəfil ürəktutmadan vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi bağdakı süni su hovuzuna düşüb.
Faktla bağlı araşdırma aparılır.
15:40 11.07.2026
Oxunuş sayı: 58