Bakı–Qazax yolunda qəza: Yaralıların olduğu bildirilir
Bakı–Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilir.
Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

10:31 11.07.2026
Oxunuş sayı: 64