Bakı–Şamaxı yolunda KamAZ aşdı – Tıxac yarandı
Bakı–Şamaxı avtomobil yolunda "KamAZ" markalı yük avtomobili aşıb, nəticədə yola dağılan qum nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Crossmedia.az xəbər verir ki, yük avtomobilinin aşması nəticəsində daşıdığı qum yolun hərəkət hissəsinə dağılıb. Bu səbəbdən ərazidə nəqliyyatın hərəkəti çətinləşib və tıxac yaranıb.
Hadisə zamanı sürücünün xəsarət alıb-almaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
09:46 11.07.2026
Oxunuş sayı: 61