Trampı öldürmək istəyən İran yox, İsraildir - Şok səbəb açıqlandı
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, İsrail yaxın vaxtlarda ABŞ-yə yeni kəşfiyyat məlumatı təqdim edib və bildirib ki, həmin məlumatlar İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planını nəzərdən keçirdiyini göstərir.
Məsələ ilə tanış olan mənbələrin sözlərinə görə, bu, Vaşinqton və Tehran arasında qarşıdurmanın daha da kəskinləşdiyini göstərə bilər. İran uzun illərdir açıq şəkildə bəyan edir ki, Trampın ilk prezidentliyi dövründə SEPAH-ın yüksək rütbəli komandiri Qasım Süleymaninin öldürülməsinə görə ondan qisas almaq niyyətindədir.
İsrailin Vaşinqtondakı səfirliyi məsələni şərh etməkdən imtina edib. İranın BMT-dəki nümayəndəliyi isə sorğuya dərhal cavab verməyib.
Ağ Ev isə “The Wall Street Journal” qəzetini Trampın çərşənbə günü verdiyi açıqlamaya yönləndirib.
Tramp Türkiyənin Ankara şəhərində jurnalistlərə açıqlamasında deyib: “Onlar məni aradan götürmək istəyirlər. Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, onların hər bir siyahısında mənim adım var. İndiyədək bir qədər şanslı olmuşam, amma bu, çox uzun davam etməyə də bilər”.
Türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu bu iddialar barədə Crossmedia.az-a danışıb:

"Deyilənlər inandırıcı deyil. İran bunu etməz. Amma İsrail Trampı öldürmək istəyə bilər. İsrail ABŞ-də çox güclüdür. Nəzərə almaq lazımdır ki, daha əvvəl keçmiş prezident Con Kennedini də öldürmüşdülər".
O, xatırladıb ki, ABŞ və İsrailin İran məsələsinə münasibəti fərqlidir: "Ağ Evin mövqeyi rəsmi Tehranı qane etmir. Odur ki, İsrailin Trampı aradan qaldırma cəhdi daha ağlabatandır, nəinki İranın".
19:38 10.07.2026
Oxunuş sayı: 77