AYNA: Sumqayıtda avtobuslar yenilənəcək - Sorğu
Sosial şəbəkələrdə Sumqayıt ictimai nəqliyyatı son günlər ciddi qınaq obyektinə çevrilir. Belə ki, avtobusların çox köhnə olması tez-tez xarab olub yolda qalması sakinlərin narazılığına səbəb olur. Avtobuslar niyə təzələnmir, nə üçün daha rahat avtobuslar marşurut xəttinə buraxılmır?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Crossmedia.az-ın sorğusuna cavab verib:
“Şəhərin 20 nömrəli marşrut xətti artıq müsabiqəyə çıxarılıb. Digər marşrutların da mərhələli şəkildə müsabiqəyə çıxarılması nəzərdə tutulub”.
Ayhan
16:50 10.07.2026
Oxunuş sayı: 46