Azərbaycan Ermənistana bu qədər ödəniş etdi
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanından istifadə etdiklərinə görə "Armaeronaviqasiya" şirkətinə 434 min 316 avro ödəyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Komitənin açıqlamasına görə, ödənişlər "Eurocontrol" (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) vasitəsilə müəyyən edilmiş prosedura uyğun olaraq həyata keçirilib.
Bildirilib ki, vəsaitlər təşkilatın mərkəzi ofisi üzərindən "Armaeronaviqasiya" şirkətinə köçürülüb.
10:35 10.07.2026
Oxunuş sayı: 69