"Neftçi" Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" sözügedən ölkədə bu gün növbəti yoxlama oyununu keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub.
10:08 10.07.2026
Oxunuş sayı: 47