Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub.
Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.
Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.
Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
23:33 09.07.2026
Oxunuş sayı: 52