Bakı–Aşqabad arasında birbaşa aviareyslərin açılması müzakirə olunur
Azərbaycan və Türkmənistan Bakı–Aşqabad marşrutu üzrə həftədə iki dəfə müntəzəm aviareyslərin açılması imkanını müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Report Türkmənistanın Beynəlxalq İnformasiya Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, məsələ Aşqabadda keçirilən Azərbaycan–Türkmənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında müzakirə olunub.
Tərəflər nəqliyyat, turizm, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizinin dibi ilə telekommunikasiya kabelinin çəkilməsi layihəsinin icrasının sürətləndirilməsi və tranzit potensialının inkişaf etdirilməsi barədə razılığa gəliblər.
İclasın yekununda birgə sənədlər paketi imzalanıb.
Bildirilib ki, Hökumətlərarası Komissiyanın növbəti iclası Azərbaycanda keçiriləcək.
16:07 09.07.2026
Oxunuş sayı: 53