Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.
15:30 08.07.2026
Oxunuş sayı: 42