Tramp-Ərdoğan görüşü: ABŞ-Türkiyə münasibətlərində yeni mərhələ başlayır
ABŞ Prezidenti Donald Trampın NATO dövlət və hökumət başçılarının zirvə toplantısı çərçvəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü beynəlxalq müşahidəçilərin diplomatik hadisə kimi qiymətləndirdiyi təmaslardandır. Bəzi təhlilçilərin fikrincə, hər iki lider bu görüşü çoxdan gözləyirdi. Müzakirə olunan məsələlərlə yanaşı, Trampın sammit başlamazdan əvvəl “Ərdoğana görə NATO sammitində iştirak edirəm” açıqlaması da bu fikri təsdiqləyir.

Türkiyəli siyasi şərhçi Umur Tugay Yücel dövlət başçılarının görüşü barəəd fikirlərini Crossmedia.az-la bölüşüb: “Ərdoğan və Tramp arasındakı görüş uzun müddətdir gərgin olan Türkiyə-ABŞ münasibətlərində əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər. Trampın özü NATO Zirvə Görüşünə Prezident Ərdoğan və Türkiyə üçün gəldiyini bildirib. Bu, Türkiyəyə verilən yüksək qiyməti nümayiş etdirib. Bununla belə, Türkiyə ilə ABŞ arasında uzun müddətdir davam edən problemləri, xüsusən də CAATSA sanksiyaları, F-35 layihəsi və KAAN təyyarə mühərrikləri kimi məsələləri etiraf etmək də vacibdir. Zirvə görüşü bu sualların çoxuna cavab vermək potensialına malikdir. Bundan əlavə, Türkiyənin son regional liderliyi, münaqişələrdə vasitəçilik rolu və diplomatiyanı asanlaşdırma strategiyası onun ABŞ üçün əvəzolunmaz bir aktor olduğunu göstərib. Buna görə də, görüşün nəticələri Türkiyə-ABŞ münasibətlərinin gələcəyi üçün mühüm bir yol xəritəsi təqdim edəcək”.
11:00 08.07.2026
Oxunuş sayı: 49