Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysi açılacaq?
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması məsələsi hazırda gündəmdə deyil.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, qeyd olunan istiqamət üzrə marşrutu üzrə gündüz reyslərinin açılması istiqamətində işlər aparılmır.
"Hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır", Azər Fərəcov qeyd edib.
O əlavə edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin qiymələrində ciddi endirimlə bağlı müzakirələr aparılmır.
16:11 07.07.2026
Oxunuş sayı: 61