Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb
Dünən axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
12:14 07.07.2026
Oxunuş sayı: 61