"Neftçi" Sloveniyadakı iki yoxlama oyununda məğlub olub
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gəlib.
Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:1.
Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.
21:28 06.07.2026
Oxunuş sayı: 44