Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, İlkin məlumata görə, Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil onu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
21:47 05.07.2026
Oxunuş sayı: 64