"Toppuş bacı"nın ailəsinə daha bir itki üz verib
Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsində daha bir itki üz verib.
Crossmedia.az bu barədə xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.
İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Mərhum dünən Gəncədəki İmamzadə ziyarətgah kompleksində torpağa tapşırılıb.
21:37 05.07.2026
Oxunuş sayı: 60