Azərbaycanın basketbol millisi İrlandiya seçməsinə məğlub olub
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Crossmedia.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 76:70.
19:13 05.07.2026
Oxunuş sayı: 47