Zəngilanda batan vətəndaşın axtarışları davam etdirilir - Sorğu
Zəngilan rayonununAğalı kəndindən keçən hissəsində batan vətəndaşın axtarışları davam etdirilir.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatda qeyd olunur ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Ayhan
13:24 05.07.2026
Oxunuş sayı: 54