Cüdo üzrə Yaponiya millisi Bakıdakı dünya çempionatı üçün heyətini açıqlayıb
Oktyabrın 4–11-də Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Yaponiya millisinin heyəti müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Cüdo Federasiyasından bildirilib ki, cüdonun vətəni olan Yaponiya fərdi yarışlarda 18 cüdoçu (9 kişi və 9 qadın) ilə mübarizə aparacaq. Komanda həm kişilər, həm də qadınlar arasında bütün çəki dərəcələrində idmançı ilə təmsil olunacaq.
Yaponiya millisinin heyətində ikiqat Olimpiya çempionu və dördqat dünya çempionu Hifumi Abe (66 kiloqram), Olimpiya çempionu və beşqat dünya çempionu Uta Abe (52 kiloqram), Olimpiya çempionu Akira Sone (+78 kiloqram), dünya çempionları Ryucu Naqayama (60 kiloqram), Takeşi Takeoka (66 kiloqram), Sanşiro Murao (90 kiloqram), Haruka Kaju (63 kiloqram) və Şiho Tanaka (70 kiloqram) yer alıblar.
Yaponiya millisinin heyəti:
Kişilər
60 kiloqram – Ryucu Naqayama
66 kiloqram – Takeşi Takeoka, Hifumi Abe
73 kiloqram – Ryuqa Tanaka
81 kiloqram – Yuhey Oino
90 kiloqram – Sanşiro Murao, Qoki Tacima
100 kiloqram – Dota Arai
+100 kiloqram – Kanta Nakano
Qadınlar
48 kiloqram – Vakana Koqa
52 kiloqram – Uta Abe
57 kiloqram – Akari Omori, Momo Tamaoki
63 kiloqram – Haruka Kaju
70 kiloqram – Şiho Tanaka
78 kiloqram – Kurena İkeda
+78 kiloqram – Mao Arai, Akira Sone
Həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Yaponiya millisinin heyətində Yuta Nakamura (+90 kiloqram), Şunsuke Uçimura (73 kiloqram) və Rin Maeda (70 kiloqram) yer alacaqlar.
20:44 04.07.2026
Oxunuş sayı: 45