Ağdamda FACİƏ: Ata və azyaşlı övladları öldülər
Ağdam rayonunda su anbarında batan bir ailənin üç üzvünün adları məlum olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə nəticəsində rayonun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli batıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batan şəxslərin tapılması istiqamətində axtarış tədbirləri görürlər.
18:21 04.07.2026
Oxunuş sayı: 49