"Səbail" Abbas Ağazadə ilə müqavilə imzalayıb
"Səbail" növbəti transferini reallaşdırıb.
Bu barədə Crossmedia.az-a klubdan bildirilib.
Son olaraq Premyer Liqada "İmişli"də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.
17:13 04.07.2026
Oxunuş sayı: 42