Cüdo üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb
İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından Crossmedia.az-a məlumat verilib.
Cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, qitə birinciliyində Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq), Sadiq Məmmədov (-73 kq), Ömər Axundov (-90 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq), İlkin Qarayev (-66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi -81 kq) isə bürünc medala sahib çıxıblar. Yığmamız yekunda 2 qızıl, 3 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında ikinci yeri tutub.
14:49 04.07.2026
Oxunuş sayı: 55