Ronaldu DÇ-2026-da yeni rekordlara imza atdı
41 yaşlı Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirilən oyunda fərqlənərək yeni rekordlara imza atıb.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, Portuqaliya yığması Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldunun vurduğu qol onun milli komandadakı 146-cı qolu olub. Bununla da o, Portuqaliya millisində vurduğu qolların sayına görə vaxtilə çıxış etdiyi Manchester United klubundakı (145 qol) göstəricisini geridə qoyub.
Bu qol həm də Ronaldunun dünya çempionatları tarixində 11-ci qolu kimi qeydə alınıb.
Təcrübəli hücumçu daha bir tarixi göstəriciyə imza ataraq dünya və Avropa çempionatlarında ümumilikdə 25 qol vuran ilk avropalı futbolçu olub.
07:45 04.07.2026
Oxunuş sayı: 62