Fransa millisi heyətini açıqladı: əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir
Oktyabrın 4–dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Cüdo Federasiyasından bildirilib ki, Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilər arasında 5, qadınlar arasında isə 6 çəki dərəcəsində mübarizə aparacaq.
Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kiloqram) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə dünya çempionluğu uğrunda tatamiyə çıxacaq.
Fransa millisinin heyəti:
Kişilər
60 kiloqram – Luka Mxeidze, Romen Valadye-Pikar
66 kiloqram – Valid Xyar, Dayki Buba
73 kiloqram – Joan-Benjamin Qaba, Dayan Bulemtafes
90 kiloqram – Maksim-Qael Nqayap Hambu
+100 kiloqram – Teddi Riner
Qadınlar
48 kiloqram – Şirin Bukli
57 kiloqram – Sara-Leoni Sizik
63 kiloqram – Klaris Aqbeqnenu, Manon Deketer
70 kiloqram – Klemans Em
78 kiloqram – Odri Tşeumeo, Kayla İssufi
+78 kiloqram – Roman Diko, Lea Fonten
Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (73 kiloqram), Aleksis Matyö (90 kiloqram), Mateo Akiana Monqo və Tyeman Diabi (hər ikisi +90 kiloqram), həmçinin Marta Favaz (57 kiloqram) da yer alacaq.
20:23 03.07.2026
Oxunuş sayı: 40