Hərbi qulluqçu infarkt nəticəsində vəfat edib
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Pənahov Elvin Məhəmməd oğlu kəskin miokard infarktı nəticəsində vəfat edib.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
14:18 03.07.2026
Oxunuş sayı: 53