Gəncədə mağazalardan oğurluq edən şəxs saxlanılıb
Gəncə şəhərində yerləşən mağazalardan birindən tütün məmulatları və 1370 manat pul oğurlanıb.
Crossmedia.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Zaur Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun şəhər ərazisində yerləşən daha bir neçə mağazadan da oğurluq etdiyi müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
12:26 03.07.2026
Oxunuş sayı: 58