Yasamalda qaz kəsiləcək
Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
09:26 03.07.2026
Oxunuş sayı: 62