Azərbaycan Özbəkistan neftini dünya bazarına çıxarır
SOCAR Trading Özbəkistanda emal olunan neft məhsullarının dünya bazarlarına ixracına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə SOCAR-ın beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli məlumat verib.
Onun sözlərinə görə, SOCAR Trading Özbəkistan mənşəli neft məhsullarını Qara dəniz limanlarına çatdırır və onların beynəlxalq bazarlara çıxarılmasını təmin edir.
07:52 03.07.2026
Oxunuş sayı: 56