"Neftçi" Sloveniyada ilk yoxlama matçını keçirəcək
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün ilk yoxlama matçını keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.
10:46 02.07.2026
Oxunuş sayı: 50