Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər
Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.
Hər iki atletimiz üç təkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Rüstəm Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.
Xatırladaq ki, Memorialın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanma növündə bürünc medala sahib çıxıb.
22:10 01.07.2026
Oxunuş sayı: 46