İlham Əliyev: Azərbaycan–Avropa Komissiyası münasibətləri fəal inkişaf mərhələsindədir
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərə dair paylaşım edib.
Crossmedia.az-ın məlumatına görə, Prezident bildirib ki, hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər xüsusilə fəal inkişaf mərhələsini yaşayır.
İlham Əliyevin sözlərinə görə, münasibətlərdə müşahidə olunan misli görünməmiş dinamizm hər iki tərəfin əməkdaşlığı daha da intensivləşdirmək və tərəfdaşlığı möhkəmləndirmək əzmində olduğunu əks etdirir.

21:26 01.07.2026
Oxunuş sayı: 60