Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları EEVZA çempionatlarında yarışacaq
Azərbaycanın qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20 yaş qrupları üzrə çempionatlarında iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu məqsədlə komandalar Latviyaya yola düşüblər.
U-18 yaş qrupu üzrə yarışlar 1–3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4–5 iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15–17 iyul tarixlərində keçiriləcək.
Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis şəhərində təşkil olunacaq.
Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlərlə təmsil olunacaq:
U-16 (qızlar)
1. Dilarə Ağayeva / Ulyana Kovalyova
2. Aydan Mirzəyeva / Aylin Əlizadə
U-18 (qızlar)
1. Leyla Əliyeva / Dilarə Ağayeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
U-18 (oğlanlar)
1. Emil Safronov / Tamerlan Tağlıyev
U-20 (qızlar)
1. Səbinə Əlizadə / Leyla Əliyeva
2. Feyza Bolat / Cəmilə Bəşirova
U-20 (oğlanlar)
1. İbrahim Məmmədov / Muhəmməd Aslanlı
2. Emil Safronov / Tamerlan Tağlıyev
Qeyd edək ki, çimərlik voleybolçuları EEVZA çempionatları ilə yanaşı, Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Baltikyanı ölkələrin açıq çempionatında da qüvvələrini sınayacaqlar.
13:42 30.06.2026
Oxunuş sayı: 39