“Temu”dan gələn mallar gömrükdə niyə saxlanılır?
Son günlər vətəndaşlar “Temu” onlayn alış-veriş platformasından aldığı məhsulların ölkəmizə gəlib, lakin Azərbaycan gömrüyündə gözlədilməsi ilə bağlı şikayətlənirlər.
Crossmedia.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.
DGK sorğumuza cavab olaraq bildirib ki, Gömrük zonasına daxil olan bağlamalar operativ qaydada gömrük nəzarətindən keçirilir və bütün zəruri prosedurlar tamamlandıqdan sonra daşıyıcı şirkətə təhvil verilir: “Gömrük rəsmiləşdirilməsi zamanı bağlamaların sənədləri və bəyan edilmiş məlumatları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə yoxlanılır. Proses başa çatdıqdan sonra bağlamalar gecikdirilmədən daşıyıcı şirkətə təqdim edilir və onların son təyinat məntəqəsinə çatdırılması həmin şirkətin logistika və çatdırılma qrafikinə uyğun həyata keçirilir”.
Ayhan
11:30 30.06.2026
Oxunuş sayı: 102