İran Hörmüz boğazına nəzarəin onun əlində olduğunu sübut etməyə çalışır - Nail olacaqmı?
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü i Marjori Teylor-Qrinin TASS-a verdiyi müsahibədə bildirdiyinə görə, İran istənilən vaxt Hörmüz boğazını açmaq və ya bağlamaq qabiliyyətini nümayiş etdirib. Amma bu təkcə keçmiş konqresmenin gəldiyi nəticə deyil. Amerika Birləşmiş Ştatlarında və ona yaxın olan dövlətlərin siyasi dairələrində bu fikir artıq ciddi tərəfdar qazanmağa başlayır. Amma bu heç də Amerikanın əleyhinə formalaşan yeganə fikir deyil. Yaxın şərqdə də düşünürlər ki, ABŞ İsraillə İrana qarşı apardığı müharibədə qalib gələ bilməyib. Keçmiş qanunverici isə hesab edir ki, ABŞ-İsrail hərbi əməliyyatının nəticələri ABŞ-ın qlobal səhnədəki mövqeyinə xələl gətirib. "Çünki ABŞ prezidenti Donald Tramp İranla müharibədə açıq şəkildə qalib gəlməyib. İran da bunu sübut edib: onlar Hörmüz boğazına nəzarət edirlər. Və onlar istədikləri zaman boğazı aça və ya bağlaya bilirlər".
"Düşünürəm ki, bu, Amerikanın dünyadakı mövqeyinə təsir edib və , təəssüf ki,tramp tərəfindən oynanılan kartlar uğur qazanmadı", - deyə o əlavə edib. Qeyd etmək lazımdır ki, keçmiş qanunverici son vaxtlara qədər Ağ Evin hazırkı sakininin, eyni zamanda Respublikaçılar Partiyasını təmsil edən şəxsin əsas tərəfdarı və müttəfiqi idi. Teylor-Qrin MAGA hərəkatının əsas fiquru hesab olunur. MAGA Trampın 2016-cı il seçki kampaniyasının əsas siyasi şüarı idi və ABŞ əhalisinin və siyasətçilərinin leksikonunda möhkəm yer tutmuşdu. Lakin bir neçə ay əvvəl ABŞ administrasiyasının başçısı Teylor-Qrinin Vaşinqtonun xaricdəki hərbi müdaxilələrini və İsrailin Qəzza zolağındakı əməliyyatlarını sərt tənqid etdiyinə görə onunla əlaqələrini kəsib.
Amerika Birləşmiş Ştatlarının daxilindən gələn bu işarələr digər dövlət başçıları və siyasətçilərinin Trampın Yaxın Şərq missiyası barədə nə düşündüklərini anlamağa ipucu verir. Bütün bunların nəticəsi isə İranın ritorikasının getdikcə daha da çətinləşməsinə gətirib çıxarır. ABŞ İranın qarşısında qaçmasa da irəli də addım ata bilmir və ya tərəddüd vedir. Mütəxəssislər isə İran qarşısında Trampın nə vaxta qədər davam gətirə biləcəyi düşündürür.
Almaz Abasova.
Siyasi şərhçi
20:13 29.06.2026
Oxunuş sayı: 56