Azərbaycan gimnastları Dünya kubokunda qızıl medal qazanıblar (FOTO)
26–29 iyun tarixlərində Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Ximdəti məlumat yayıb.
Bildirilib ki, yarışda Azərbaycanı fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.
Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.
16:52 29.06.2026
Oxunuş sayı: 56