Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb
Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ-dən bildirilib.
Tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.
11:28 28.06.2026
Oxunuş sayı: 59