Allahşükür Paşazadə: Süni intellektin ruhu yoxdur
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə süni intellektin dini sahədə insanı əvəz edə bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, süni intellekt nə qədər inkişaf etmiş olsa da, ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz.
Paşazadə qeyd edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı həyatın bütün sahələrində yeni imkanlar açsa da, eyni zamanda müxtəlif risklər də yaradır. O vurğulayıb ki, bu prosesdə mənəvi-əxlaqi və etik normalara riayət olunmalı, mümkün mənfi nəticələrin qarşısı alınmalı, dini-hüquqi qərarların qəbulunda isə insan zəkasına üstünlük verilməlidir.
17:15 26.06.2026
Oxunuş sayı: 78