Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi tikiləcək
Azərbaycan-Gürcüstan dövlət sərhədində birgə nəzarət mexanizmi əsasında fəaliyyət göstərəcək yeni sərhəd-keçid məntəqəsinin tikintisi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov məlumat verib.
Onun sözlərinə görə, yeni məntəqədə Azərbaycan və Gürcüstanın gömrük xidmətləri bir-birinə yaxın ərazidə fəaliyyət göstərəcək. Bu isə nəqliyyat vasitələrinin yoxlanışının eyni vaxtda və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Şahin Bağırov bildirib ki, birgə nəzarət mexanizminin tətbiqi sərhəd-keçid prosedurlarının sürətləndirilməsinə və buraxılış prosesinin daha səmərəli təşkilinə xidmət edəcək.
09:15 26.06.2026
Oxunuş sayı: 62