Fidan Moskvaya bunun üçün getmişdi: Türkiyəli siyasətçi NATO baş katibi olacaq
NATO-nun növbəti sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək. Dünyanın dörd bir yanında qaynar müharibələrin getdiyi, "dövlətlərinin birinin dediyinin digərinin boğazından keçmədiyi" bir vaxtda Alyansın ikinci böyük ölkəsində keçiriləcək toplantıdan gözləntilər böyükdür. Mütəxəssislər toplantıda hansı mühqm qərarların qəbul ediləcəyini indidən müzakirə etməyə başlayıblar. Ən çox danışılan məqamlardan biri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Alyansın yeni baş katibi olacağı ilə bağlıdır.

Türkiyəli siyasi şərhçi Hasan Oktay bu barədə proqnozlarını Crossmedia.az-la bölüşüb: "Bu iclas Türkiyənin mövqeyi və NATO-nun gələcəyi üçün son dərəcə vacibdir. Xüsusilə ABŞ-İran müharibəsi zamanı Ağ Ev rəhbəri Donald Tramp NATO-nu Hörmüz boğazını açmağa çağırdı, lakin bu çağırış rədd edildi. Toplantıda çox vacib qərarlar, xüsusən də NATO-nun Yaxın Şərq siyasəti və Türkiyənin bu siyasətdəki rolu ilə bağlı qərarlar qəbul ediləcək. Bu kontekstdə, KafkasSam olaraq, illərdir bəyan edirik ki, Türkiyə NATO-nun ən fəal üzvlərindən biri olsa da, heç vaxt Türkiyənin NATO-nun baş katibi olmayıb. Hər dəfə vəzifə dəyişikliyində türkiyənin siyasətçinin baş katib olmasını müdafiə edirik. Yaxın Şərqdəki qarışıqlığı və Türkiyənin həm Yaxın Şərqdə, həm də NATO daxilindəki mövqeyini nəzərə alaraq, inanırıq ki, artıq türkiyəli baş katibinin təyin edilməsinin vaxtıdır. Bu kontekstdə Türkiyə NATO-nun yeni strategiyasında çox vacib bir mövqe tutacaq. Ötən həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın NATO daxilindəki mövqeyini və perspektivdə baş katibin türkiyəli olmasının təhlükə yaratmayacağınıizah etmək Moskvaya getdi. NATO-nun genişlənməsi və türkiyəli siyasətçinin bu vəzifəyə gəlməsi ehtimalı ağlabatan görünür.
12:48 25.06.2026
Oxunuş sayı: 64