Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər marşrutu üzrə vahid tarif modeli hazırlayır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyirlər.
Crossmedia.az xəbər verir ki , onun sözlərinə görə, tərəflər vahid tarif modelinin hazırlanması ilə yanaşı, bir sıra mühüm infrastruktur layihələrini də həyata keçirirlər. Bu layihələrə Xəzər dənizində yükdaşıyan gəmi donanmasının genişləndirilməsi, Azərbaycanla birgə dərinləşdirmə işlərinin aparılması, eləcə də Kurık limanının modernləşdirilməsi daxildir.
Tokayev qeyd edib ki, görülən tədbirlər Transxəzər marşrutunun rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların həcminin genişləndirilməsinə və regionun tranzit potensialının gücləndirilməsinə xidmət edir.
10:19 24.06.2026
Oxunuş sayı: 44