İmişlidə ticarət obyektində yanğın söndürülüb - YENİLƏNİB
İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən obyektdə baş vermiş yanğın söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilıib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
13:14
İmişlidə ticarət obyektində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.
Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.
Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub. (APA)
13:54 23.06.2026
Oxunuş sayı: 50