Saatlıda geniş tərkibli regional müşavirə keçirilir
Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirə işə başlayıb.
Crossmedia.az xəbər verir ki, Müşavirədə Mil-Muğan iqtisadi rayonu üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər iştirak edirlər.
Tədbirdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, kənd təsərrüfatı və balıqçılıq sektorunun inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, həmçinin regionlarda aqrar sahənin dayanıqlı inkişafına dair məsələlər müzakirə olunacaq.
11:54 23.06.2026
Oxunuş sayı: 46