Bakıda 2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İyunun 23-24-də Bakının Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.
18:41 22.06.2026
Oxunuş sayı: 48