ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib.
Crossmedia.az AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayevin ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüşdə Y. Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, Agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
16:20 22.06.2026
Oxunuş sayı: 48