Ermənistanda ara qarışır, məhzəb itir: Seçkilərin nəticəsi ləğv olunacaq?
Ermənistan Konstitusiya Məhkəməsinin seçki müraciətlərini icraata qəbul etməsi regionda və beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub. Bu addımın sadəcə hüquqi prosedur xarakteri daşıdığı, yoxsa seçki nəticələrinin tamamilə ləğv edilməsi üçün ortada real hüquqi əsasların olub-olmaması sualı ətrafında müxtəlif rəylər mövcuddur. Ermənistanın daxili siyasi mühitində baş verən bu proseslər fonunda məhkəmənin verəcəyi yekun qərar ölkədəki siyasi sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Crossmedia.az-a politoloq, professor Qabil Hüseynli açıqlama verib: “Ermənistanda keçirilmiş seçkilər tam demokratik qaydada, Avropa İttifaqının (Aİ) və Avropa Şurasının Venesiya Komissiyasının nizamnaməsinə uyğun olaraq həyata keçirilib. Bunu Aİ və Avropa Şurasının bütün təşkilatları təsdiq edir, həmçinin prosesdə hər hansı ciddi qanun pozuntusunun olmadığını bəyan edirlər. Ona görə də Konstitusiya Məhkəməsi əsassız bəhanələr uyduraraq bu seçkilərə hər hansı ciddi nöqsan bənd edə bilməz. Seçki prosesi bütün dünyanın gözü qarşısında reallaşıb və beynəlxalq birlik də bu seçkilərin tam normal keçdiyini təsdiqləyir. Robert Köçəryan, həmçinin “Daşnaksütun” partiyası və digər müxalif qüvvələr Konstitusiya Məhkəməsinə müraciət etməklə, sadəcə olaraq, hər hansı bir nəticə əldə etmək məntiqindən çıxış edirlər. Lakin əminəm ki, Konstitusiya Məhkəməsi seçkilərin keçirilməsi və nəticələrin hesablanması ilə bağlı ortalığa heç bir ciddi qüsur qoya bilməyəcək və seçkilərin yekun nəticələrini təsdiq edəcək”.
Ayxan İbişov
17:28 22.06.2026
Oxunuş sayı: 58