Kürdəmirdə 43 yaşlı kişi kanalda boğuldu
Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb.
Crossmedia.az xəbər verir ki, Şüşün kənd sakini, 1983-cü il təvəllüdlü Rəşad Məhəmməd oğlu Cəfərov kəndin ərazisindən keçən su kanalında boğulub.
R.Cəfərovun meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
14:17 22.06.2026
Oxunuş sayı: 54