Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana məğlub olub
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti matçına çıxıb.
Crossmedia.az bu barədə xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Macarıstan yığması ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada rəqib qələbə qazanıb - 3:1.
Qeyd edək ki, komanda növbəti matçını iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək
21:44 19.06.2026
Oxunuş sayı: 45