İsrail qurulandan bəri müsəlman qanı tökür - Sərt açıqlama
Yaxın Şərqdə hərbi və diplomatik gərginliyin pik həddə çatdığı, böyük güclərin masada yeni sərhədlər cızdığı bir dönəmdə, regionun tarixi və müasir status-kvosu ətrafında müzakirələr daha da alovlanır. Vaşinqton və Tehran arasında kulis arxası razılaşma cəhdlərinə baxmayaraq, Təl-Əvivin müstəqil və güzəştsiz hərbi xətt yürütməsi beynəlxalq münasibətlər sistemindəki disbalansı yenidən gündəmə gətirib. Xüsusilə Livanın tarixi keçmişi, onun dövlətçilik xüsusiyyətləri və bu gün regionda formalaşan yeni "bufer zonalar" geosiyasi təhlilçilərin diqqət mərkəzindədir. Dünyanın və eləcə də yerli ictimaiyyətin Rusiya-Ukrayna cəbhəsi ilə Yaxın Şərqdəki münaqişələrə fərqli prizmalardan yanaşması, beynəlxalq arenadakı siyasi tərəfkeşliyin və iqtisadi asılılıqların real miqyasını ortaya qoyur.

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib: "İsrail güclü dövlətdir. Onu dünyada kim dayandıra bilər ki?! Livan qurulandan bəri İsrail onu ovucunun içində saxlayır. Livan, ümumiyyətlə, oyuncaq bir dövlətdir. Əvvəl Osmanlı torpağı olub, sonra Fransanın mandatı altında qalıb və nəhayət, elə Fransanın rəhbərliyi ilə müstəqilliyi elan edilmiş oyuncaq bir ölkəyə çevrilib. Livan dövlətdir ki, İsrailə qarşı dura bilsin? İsrail onsuz da bəyan edib ki, Amerika və İran öz aralarında nə cür razılığa gəlirlər-gəlsinlər, o, geri çəkilməyəcək. İsrail bu məqamdan məharətlə istifadə edir. "Bufer zona" adı altında Suriyada, Qəzzada və Livanda ərazilər zəbt etdi, yəni faktiki olaraq işğalçılıqla məşğuldur. Rusiya necə işğalçılıq edirsə, İsrail də eynisini edir. Sadəcə olaraq, beynəlxalq arenada Rusiyanı təcrid etdikləri halda, İsraili etmirlər. Bu da ikili standartların təzahürüdür. Yəhudi mafiyası və yəhudi diasporu o qədər güclüdür ki, kimsə onlara söz deyə bilmir.
Elə Azərbaycanı nümunə götürək: ölkədə neçə nəfər İsraili tənqid edə bilər? Neçəsinin buna cəsarəti çatır? Hamının çörəyi İsraildən çıxır, ona görə də İsrailə söz demək olmaz. Amma Rusiyanı, Prezident Vladimir Putini rahatca söyürlər, ona "Hitler" deyirlər. Halbuki dərk etmirlər ki, Rusiya Azərbaycan üçün İsraildən qat-qat daha təhlükəli bir ölkədir. Amma Putini rahatlıqla tənqid etdikləri halda, İsrailə söz deyə bilmirlər. Çünki görünür, Azərbaycanda da kimlərinsə mənfəəti İsraillə bağlıdır.
Bütün dünya hazırda bu vəziyyətdədir. İsrail rəhbərliyi artıq ABŞ-ni belə hesaba almır, istədiyini deyir və edir. Bildirirlər ki, müstəqil dövlətik, özümüz bilərik. Belə bir vəziyyət yaranıb. Ona görə də ABŞ-nin göstərdiyi təzyiqlər onların vecinə də deyil.
Netanyahu neçə vaxtdır qan tökür. Əslində, İsrail qurulandan bəri müsəlman qanı tökür, lakin bu dəfə görünməmiş miqyasda qırğın törədir. Əgər o, indi tutduğu mövqelərdən geri çəkilsə, öz seçiciləri və tərəfdarları ondan hesabat tələb edəcəklər. Digər tərəfdən, İsrailin özündə Netanyahuya qarşı cinayət işi açılıb. Sabah seçkiləri uduzsa, onu həbs edə bilərlər. Ona görə də Netanyahunun geri addım atmağa yolu yoxdur. O, özünə və ABŞ-dəki yəhudi diasporuna tam əmindir. Bilir ki, Vaşinqton Tehranı nəyəsə məcbur edə bilməz. Netanyahu da bu fürsətdən maksimum istifadə edib nə qədər torpaq qopara bilsə, nə qədər çox müsəlman qanı töksə, bunu öz xəstə dini ideologiyasına uyğun olaraq böyük bir savab hesab edir və yoluna davam edir. Müsəlman ölkələrindən layiqli və kəsərli bir cavab gəlməyənə qədər də İsrailin bu özbaşınalıqları davam edəcək".
Turqut Ansari
10:49 17.06.2026
Oxunuş sayı: 168